Azərbaycan meyvələrini Rusiyaya buraxmadılar - Zərərli viruslara görə

img

24-07-2018 [17:55]


Təxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.

Mia.az Oxu.Az istinadən xəbər verir ki, məhsullar Dağıstanın dövlət müfəttişləri tərəfindən "Yaraq-Qazmalar” keçid məntəqəsinə saxlanılıb.

Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.

Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub.

Məhsullar Azərbaycana qaytarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA