Ukrayna Birjası - Daha 10 min ton Azərbaycan nefti satılıb

img

24-07-2018 [16:41]


"Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda ”Cənub” Neft Termoinalının rezervuarlarında saxlanılan daha 10 min ton həcmində "Azeri Light” markalı neft satılıb.

"Report” "Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan neftini "Privat” qrupuna daxil olan şirkətlərdən biri Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün alıb.

Əməliyyat əvvəlki kimi differensial rejimdə baş tutub.

Qeyd edək ki, "Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. "Ukrtransnafta” "Cənub” terminalından 35 min ton "Azeri Light” markalı neft satıb. Bu həcmin 30 min tonunu "Privat” qrupu, 5 min tonunu isə "Ukrqazdobıça” alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA