23-07-2018 [01:25]
Məhəmməd Talıblı
***
Yenə hesab vaxtı və durum dəyərləndirməsi zamanı gəldi. Mətbuatımızın 143 ili ilə bağlı yenə də azad mediadan, plüralizmdən dəm vuranlar tapılır. Zərdabinin heykəlini ziyarət edib, bir şəkil çəkdirdilər. Sonra qapalı bir salona toplanıb onun adı ilə barter edilərək alınan sertifikatları alıb, vicdanlarını rahatlatmağa çalışdılar.
Bu, Zərdabi ruhunu bizlərə xatırlatmır. Onun yolunu bizlərə inandırmır. Çünki Zərdabinin qələminin nurlatdığı tunelləri indi günəş altında qızıl suyuna batırılmış qələmlər də əvəz edə bilmir. Qələmin gücü yalanları doğru kimi əsaslandırmaqdırsa, o zaman hiyləgər bilik köməyə çatır. Yox, əgər həqiqəti ifadə edən cəsarətə istedad yardımçı olur və onun şöləsi ətrafı büsbütün nura boyayır.
Cumhuriyyətçi babalarımızın danılmaz dühalarından olan Əli bəy Hüseynzadənin belə bir şeri yadıma düşdü:
Ucundadır dilimin, həqiqətin böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Bilirmisən cühəla, nə etdilər Vətənə?!
Nə qoydular uyuya, nə qoydular oyana.
Ədu qırır qapıyı, biz evdə bixəbəriz,
Nə başqa-başqalarız, nə ittihad edəriz.
Oyatmadı qələmim, bu türk ilə əcəmi,
Nə qoydular yazayım, nə qırdılar qələmi
Qələm doğru sözü demək, doğru fikirlərə meydan vermək üçündür. Çünki böyüklərimiz qələmi xalqa xidmət vasitəsi sayırdı. İndiki bəzi media əhli qələmi ailəsinə çörək ağacı kimi dərk etməyə başlayıblar. Zərdabı adına mükafat alanlar var. Onlardan Zərdabi əqidəsini ummuruq. Çünki Zərdabi yolunun fədakarlıq nümunəsini təkcə qələmindən yox, həm də xarakterindən tanıyırıq. Özünün mənzilini satıb qəzet nəşri üçün xərcləmək örnəyini də, onun həyatından öyrənmişik. Heç ağlının ucundan belə keçirməmişdi ki, hansısa rəhbərə köşə yazısı yazıb, qəzetinə yardım alsın.
Zərdabi zəmanəsinin eybəcərliklərini qamçılayırdı. Bunun üçün çoxlu sayda yad düşmənlər qazanırdı. Amma özünə yaraşdırmırdı ki, uzun illər həqiqətdən yana olan bir qələm əhli indi həqiqətdən başqa hər şeydən yana olsun. Halbuki, qələmin həqiqətə xidmət vasitəsindən çıxarıb, onu anlamağa çalışacaq qədər səhv qənaətə gələnlər olub. Bunu tarixdən gələn çoxlu sayda cavabları var.
Məşhur yazıçı Mixail Bulqakovun SSRİ hökumətinə 1930-cu ildə yazdığı məktub bu baxımdan ibrətamizdir.
O, SSRİ hökumətinə aşağıdakı məktubla müraciət etməyə məcbur olmuşdu: "Əsərlərimə qadağan qoyulduqdan sonra yazıçılıq fəaliyyətimlə tanış olan xeylisayda vətəndaş mənə eyni bir məsləhəti verməyə başladı: "Kommunistsayağı pyes” yazmalı, eləcə də SSRİ hökumətinə tövbə məktubu ilə müraciət edib bəddi əsələrimdə dilə gətirdiyim əvvəlki baxışlarımdan imtina etməli və bundan sonra kommunizm ideyasına sadiq poputçik-yazıçı kimi işləyəcəyimə təminat verməliyəm. Məqsədi tam aydın idi: təqiblərimdən, kasıblıqdan və bunun nəticəsində qaçılmaz ölümdən yaxa qurtarmaqdır. Sonrakı illərdə qəzetlərdən kəsdiyim parçalardan ibarət albomumu gözdən keçirərkən, 10 il müddətində SSRİ mətbuatında əsərlərim haqqında 301 rəy saydım. Onlardan cəmi 3-ü müsbət idi, yerdə qalan 298-i isə nifrət və təhqirlə dolu idi. Həmin 298 rəy mənim yazıçı həyatımın dəqiq nə halda olduğunu göstərir”.
Bunu sonradan anlayan Bulqakov obyektiv oxucu rəyinin nə olduğunu dərk etmiş oldu. Onda isə artıq gec idi. Sonralar isə Bulqokov özü etiraf edərək yazırdı ki, yazıçılıqdan məhrum edilmək mənim üçün diri-diri basdırılmağa bərabər idi.
İstər o zaman, istərsə də indi yolunu dəyişən yaradıcı insanlardan soruşsan ki, bu düzxətli inkişaf yolunu qoyub, əyrixətli dolanbac yollara cığır salmağın nə ilə bağlı idi? Xorla deyəcəklər: "Bir mənimlə nə olacaqdı?! Bir baharla yaz olar?!”.
Amma mətbuatımızın babası hətta təkbaşına israrla edilən davamlı cəhdlərin mütləq və mütləq bir xeyri olacağını açıq yazmışdı.
Bunu da Həsən bəy Zərdabinin bir əsrdən sonra bizlərə veriləcək cavab məktubu kimi bir yana yazın: "Damcı bir yerə damcıldamaqla, ya oranı deşər, ya da göl əmələ gətirər”.
Damcı olmağı bacarmayanların göl olacağına iddiaları isə çox gülünc görünür.
Gölün yalanı olmaqdansa, damcının həqiqəti olmaq yaxşı deyilmi?
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub