MTRŞ ATV telekanalına xəbərdarlıq edib - Yusufin verilişindəki söyüşlərə görə

img

10-07-2018 [17:26]


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA