QHT rəhbəri təltif edib

img

09-06-2011 [10:55]


Dünən Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi 5 aya yaxındır ki, regionlarda - Aran və Cənub bölgəsində 13 rayonda səhiyyə və təhsildəki vəziyyətlə bağlı keçirdiyi monitorinqlərin nəticəsi olaraq Saatlı rayon Təhsil şöbəsinin müdiri Şamil Nurəliyevi Fəxri diplomla təltif edib. Tədbirdə Ağsaqqallar Şurasının sədri, professor Oktay Məmmədov çıxışında həqiqətən də rayonda son illərdə təhsil sahəsində çox böyük işlərin görüldüyünü bildirib. Rayon İcra Hakimiyyətinin Təhsil və mədəniyyət şöbəsinin müdiri Reyhan Ocaqova QHT-lərin təhsil sahəsində görülən işlərə dəstəyini, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da öz töhvəsi olduğunu vurğulayıb. Sonar Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin sədri Azad İskəndərli ölkə ictimaiyyəti adından Saatlı rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyevi diplomla təltif edib. Qeyd edək ki, tədbirdə 150 nəfərə yaxın ictimaiyyət nümayəndəsi iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR