Əflatun Amazov Litvaya gedib

img

07-06-2011 [01:34]


Bu gün Litvanın paytaxtı Vilnyusda ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair beynəlxalq konfrans işə başlayıb. İki gün davam edəcək tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da qatılıb. Konfransda söz və mətbuat azadlığının durumuna nəzər salınır, jurnalist təhlükəsizliyinə maneə törədən faktlar barədə diskussiyalar gedir, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunur. Toplantıda həmçinin ATƏT-ə üzv ölkələrdə media qununvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə, vətəndaş cəmiyyətinin jurnalist təhlükəsizliyinə töhfəsinə dair fikir mübadilələrinin aparılması nəzərdə tutulur. Konfrans çərçivəsində bu gün eyni zamanda Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin təşəbbüsü ilə əlavə toplantının da təşkili planlaşdırılır. Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycandan MŞ sədri Ə.Amaşovla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Media Hüquqlarf İnstitutunun direktoru Rəşid Hacılı və Repartyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov da iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR