Şura Sumqayıt zəhərinin gənclərinin karyera imkanlarının qurulmasına yardım edir

img

06-06-2011 [11:59]


?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi ?Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması? layihəsi çərçivəsində təlimlərin təşkilinə başlayıb. İyun ayının 4-də Sumqayıt şəhərində fəaliyyət göstərən, Sumqayıt Potensial Mütəxəsislər Birliyinin ofisində növbəti təlim həyata keçirildi.. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, ?Ferhadov Studio? MMC-nin direktoru Fərhadov Fərid İnkişaf və Karyera mərkəzinin direktoru Eyvaz Qocayev aparırdı. Təlimdə 21 nəfər tələbə və işsiz gənclər iştirak iştirak edirdi. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimdə iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi. Təlimin sonunda iştirakçıların seçimi ilə ən aktiv iştirakçıya Eyvaz Qocayev öz yazdığı Karyera Bələdçisi kitabını verdi. Daha Sonra ?Demokratik Gənclər? İctimai Birliyinin rəhbəri Ramil Süleymanov təlim müddəti ərzində öz aktiv fəaliyyəti ilə seçilən 4 iştirakçıya müəllifiindən biri olduğu ?Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi? kitabını təqdim etdi və iştirakçılara daim onlara karyera seçimi iş görüşməsi ilə bağlı istənilən sahədə öz köməkliyini göstərməyə hazır olduğunu bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR