Jurnalistin apelyasiya zikayəti Bakı Apelyasiya Məhkəməsinə göndərilib

img

03-06-2011 [04:36]


?Bizim Yol? qəzetinin əməkdaşı Ramid İbrahimov döyülməsi ilə bağlı Səbail rayon Məhkəməsinə verdiyi şikayətin təmin edilməməsindən apelyasiya şikayəti verilib. Artıq jurnalistin apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Jurnalistin Səbailı rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudovla məhkəmə çəkişməsi hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı iyunun 6-ı, saat 15.00-a təyin edilib. Qeyd edək ki, ?Mur-Ay? MMC tikinti şirkətinin rəbrəliyi tərəfindən dolandırılan 70 nəfərə yaxın payçı 12 fevral 2011-ci ildə Prezident Administrasiyasının (bundan sonra PA) və Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçirilən zaman Ramid İbarimova Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra XDMX) əməkdaşları onlara qarşı sərt davranıb, onları təhqir edib və döyüblər. Ramid İbrahimov döyülməsi ilə bağlı Səbailı rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edib. Bölmənin təhqiqatçısı Fazil Mahmudov Ramid İbrahimovun döyülməsi ilə bağlı cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar verib. Jurnalist həmin qərardan Səbail rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun müraciətinə baxmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR