Mətbuat Şurası jurnalistin 60 yazını qeyd edib

img

01-06-2011 [05:07]


Yevlaxda çıxan ?Kür? qəzetinin baş redaktoru Əminə Yusifqızının 60 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən Yevlax ŞİH başçısının birin?i müavini Qənimət Qaraşov Ə.Yusifqızının hər kəsə nümunə sayılacaq həyal yolu və yaradıcılığı barədə məlumat verib, onun peşəkar jurnalistlik fəaliyyəti ilə yanaşı, rayonun ictimai işlərindəki aktivliyindən söhbət açıb. Yubiley tədbirində iştirak edən Azərbay?an Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbay?an Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun i?raçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov və başqaları çıxış edərək respublikanın əməkdar jurnalisti, ?Qızıl qələm?, Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının laureatı, ?Tərəqqi? medallı Əminə Yusifqızının jurnalist fəaliyyətindən ətraflı söz açıblar. Onlar yubilyarın baş redaktoru olduğu ?Kür? qəzetinin böyük tirajla nəşrinin, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınmasının məhz onun əməyi sayəsində mümkün olduğunu söyləyiblər. Çıxışlarda həmçinin Ə.Yusifqızı insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi təqdim olunub. Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri ilə də yaddaqalan olub. Sonda çıxış edən Ə.Yusifqızı fəaliyyətinə verilən yüksək dəyərə, haqqında söylənilən qiymətli sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR