Bakıda Azərbaycanda təhsil alan xarici tələbələrin I ümumrespublika Forumu keçirildi

img

31-05-2011 [06:48]


Bu gün ?Qafqaz Point? Otelində Bakı Beynəlxalq Təl[libt align=left]dscf8421.jpg[/libt]əbə Klubu (BBTK) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə Azərbaycanda Təhsil alan Xarici Tələbələrin I Ümumrespublika Forumunu keçirdi. Tədbir Şuranın dəstək verdiyi ?Azərbaycanda Təhsil alan Xarici Tələbələrin I Ümumrespublika Forumu? adlı layihə çərçivəsində keçirildi. Forumun əsas məqsədi ölkədə təhsil alan xarici tələbələrin davamlı birliyinə nail olmaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların potensialından düzgün istifadəni təmin etmək idi. Forumu BBTK-nın sədri, layihənin rəhbəri Aysəba Mirzəyeva açdı. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış etdi. A.Quliyev Forumun mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, bildirdi ki, Azərbaycanda çoxsaylı xarici tələbələr təhsil alır. Onların ölkəmizdə bütün sahələrdə gedən inkişaf və tərəqqini yaxından izlədiklərini bildirdi. Şura sədri tədbir iştirakçılarının diqqətini Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Münaqişənin danışıqlar yolu ilə həllinə, Azərbaycanın haqq səsinin eşidilməsinə Azərbaycanda təhsil alan xarici tələbələrin də öz töhfəsini verə biləcəyini vurğuladı. O, həmçinin dünya güclərinin oxşar hadisələrə ikili standartlarla yanaşmasından təəssüf hissi keçirdiyini bildirdi. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri, millət vəkili Fuad Muradov çıxışında Azərbaycana son illərdə minlərlə tələbənin gəlməsini istər Azərbaycanın iqtisadi, istərsə də təhsil uğurlarının məntiqi nəticəsi olduğunu qeyd etdi. O, Milli Məclisin təhsil haqqında qanunu qəbul etməsini mütərəqqi hal olduğunu vurğuladı. F.Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ?2011 ? 2015 - ci il Dövlət Gənclər Proqramının? hazırlanmasında gənclərin yaxından cəlb olunmasını yüksək qiymətləndirdi. Tədbirdə daha sonra ?Dağlıq Qarabağın Azərbaycanlı İcması? İctimai Birliyinin nümayəndəsi, millət vəkili Rövşən Rzayev, Bakı Dövlət Universitetinin prorektoru Sənan Hacıyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev da çıxış etdilər. Sonra BBTK-nın haqqında və xarici tələbələrin ürək sözləri barədə videotəqdimat keçirildi. BBTK-nın sədri Aysəba Mirzəyeva ?Tələbə-gənclər cəmiyyətin aparıcı tərkib hissəsi kimi? mövzusunda çıxış etdi. O, Azərbaycanda xarici tələbələrin təhsil alması tarixindən, bu sahədə olan hazırkı durumdan söz açdı. A.Mirzəyevə çıxışı zamanı rəhbərlik etdiyi qurumun yaranması tarixindən və fəaliyyətindən danışdı. Daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Orxan Ərəbov çıxış etdi. Xarici tələbələr Yetnayet Mubtamu (Efiopiya), Tim Maknat (Amerika), Sara Hassan (Sudan), Javeed Sadeq (Pakistan), Tugçe Özdemir (Türkiyə) ?Azərbaycan-mənim ikinci vətənim? mövzusunda çıxış etdilər. Nigeriyalı tələbə Nik Nvolisa ?Sülh prosesində gənclərin rolu? mövzusunda çıxış edərək Azərbaycanın onun həyatında oynadığı roldan danışdı. Forumda Bakı Dövlət Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqlarında oxuyan xarici tələbələr, eləcə də ölkəmizdə könüllü xidmət göstərən Avropa və Amerikalı gənclər iştirak etdilər. Sonda Forumun yekun Bəyannaməsi qəbul olundu. Bəyannamədə bir çox məqamlarla yanaşı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə də yer alıb: ?Azərbaycanda təhsil alan əcnəbi tələbələr ölkənin bütün problemlərinin həllində, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə etmək istəyirlər. Əcnəbi tələbələr dünyanın fövqəlgüc ölkələri, münaqişələrin həllinə cavabdeh olan beynəlxalq qurumlar qarşısında Dağlıq Qarabağ məsələsinin təcili həll edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması arzularını ifadə edirlər?. Rəsmi hissədən sonra bədii hissəsi oldu. Bədii hissədə Forum iştirakçılar olan xarici tələbələr öz ölkələrinin milli musiqi nümunələrini təqdim etdilər. Xatırladaq ki, BBTK Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü çalışan bir qrup gənc tərəfindən 2007-ci ildə yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. BBTK həmçinin tələbə mübadiləsini təmin edən və Avropanın əsas tələbə şəbəkələrindən olan ERASMUS-un üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR