Beynəlxalq Mətbuat institutu Eynulla Fətullayevin azadlığa buraxılmasını alqızlayır

img

27-05-2011 [06:01]


Jurnalist Eynulla Fətullayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxması Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru xanım Alison Makkaenzi tərəfindən çox yüksək qiymətləndirilib və bu xəbərdən çox şad olduğunu deyib. Bunu BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirib: ?Eynulla Fətullayev azadlığa buraxılandan sonra xanım Alisonla telefon əlaqəsi saxladım, bu xəbəri ona deyəndə çox sevindi və olayın media üçün böyük gün olduğunu dedi. Artıq bununla bağlı Beynəlxalq Mətbuat İnstitutu rəsmi açıqlama yayıb.? U.Rəhimoğlu BMİ-nin Azərbaycan Milli Komitəsinin də E.Fətullayevin azadlığa buraxılmasını alqışladığını bildirib: ?Əslində BMİ-nin Azərbaycan Milli Komitəsi Eynulla Fətullayevin azad olunması ilə bağlı lap əvvəldən aparılan danışıqlarda, dialoqda yaxşından iştirak edib. Bildiyiniz kimi, bu il fevral ayında BMİ rəsmiləri xanım Alison Makkenzi və cənab Antoni Milzin ölkəmizə səfəri olmuşdu. Səfər zamanı onlar Azərbaycanın rəsmi şəxsləri ilə keçirilən görüşlərində Eynulla Fətullayevin də məsələsini müzakirə etmişdilər. Mart ayında A.Makkenzi cənab prezidentə və ədliyyə nazirinə E.Fətullayevin əfv edilməsi xahişi ilə BMİ-nin 9 media qəhrəmanının da dəstəklədiyi məktub göndərmişdi. Biz BMİ-nin Azərbaycan Milli Komitəsi olaraq Eynulla Fətullayevin azadlığa buraxılmasını yüksən qiymətləndirik. Cənab Prezident İ.Əliyev özünün necə humanist insan olduğunu bir daha nümayiş etdirərək sözügedən əfv fərmanını imzaladı. Bununla bağlı Milli Komitə adından cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Əminik ki, mediamızın inkişafı naminə görülən işlərin sırası daha da genişlənəcək. BMİ-nin Azərbaycan Milli Komitəsi və digər qurumlarla birgə ölkədə mətbuat azadlığı mühitinin tam bərqərar olması, mövcud problemlərin aradan qaldırılması üçün hökumətlə konstruktiv dialoqların aparılmasını bundan sonra da davam etdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR