Eynulla Fətullayev: "Azad olunmam möcüzədir"

img

27-05-2011 [02:22]


Eynulla Fətullayev həbsxanadan çıxandan sonra canlı efirdə Azadlıq Radiosunun "Kontekst" proqramına qoşulub. Deyib ki, hələ ətrafda baş verənləri dərk etməyə çalışırır. Azad olunmasını həm "möcüzə", həm də "qanunauyğunluq" kimi qiymətləndirib. O əfvlə bağlı heç kimə müraciət etmədiyini bildirib, lakin əlave edib: ?...mən 2 ay bundan əvvəl İlham Əliyevə şəxsi məktubla müraciət etmişəm. O məktubda milli mənəvi dəyərlərimizə istinad elədim və eyni zamanda düşündüm ki, o məni azadlığa buraxacaq. Mən bunu əslində ilk dəfədir açıqlayıram, hardasa reaksiya da dərhal oldu. Əslində mənim azadlığım həmin reaksiyanın dərhallığının təcəssümüdür. Amma bilirsiz ki, beynəlxlaq və yerli ictimayyət mənim azadlığa buraxılmağımla bağlı mübarizə aparıb?. Eynulla Fətullayev həbsdən azad olunmasıyla bağlı beynəlxaq və yerli təşkilatlara, jurnalistlərə, ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildirib. Həbsdən sonra jurnalistika ilə məşğul olacağıyla bağlı suala gəlincə, o deyib ki, bu məndən asılı məsələ deyil: ?Həyat və fəaliyyətimə təminat verilsə mən Azərbaycanda qalıb işləyəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR