Azərbaycanda təhsil alan əcnəbi tələbələrin I ümumrespublika forumu keçiriləcək

img

26-05-2011 [12:22]


Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu keçiriləcək. Bu barədə BBTK-nın sədri Aysəba Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, tədbir Şuranın dəstək verdiyi ?Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu? adlı layihə çərçivəsində keçiriləcək. A.Mirzəyeva Forumun keçirilməsi məqsədindən danışarkən bunları deyib: ?Forumun keçirilməsində əsas məqsədimiz Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyini təmin etmək, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir?. O, 31 may 2011 - ci il tarixdə, saat 14:00 da ?Qafqaz Point? Otelində baş tutacaq Forumda Azərbaycanın dövlət və özəl universitetlərində təhsil alan əcnəbi tələbələr, eləcə də ölkəmizdə könüllü xidmət göstərən Avropa və Amerikalı gənclərin iştirak edəcəklərini deyib. Bundan başqa tədbirə ali məktəb ocaqlarının rəhbərləri, müxtəlif ölkə səfirləri, yerli QHT rəhbərləri və bir sıra dövlət rəsmiləri də qatılacaq. Qeyd edək ki, 6 saat davam edəcək tədbir iki - rəsmi və bədii hissədən ibarət olacaq. Tədbirin sonunda yekun bəyannamənin qəbul olunması da gözlənilir. Xatırladaq ki, BBTK Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü çalışan bir qrup gənc tərəfindən 2007-ci ildə yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. BBTK həmçinin tələbə mübadiləsini təmin edən və Avropanın əsas tələbə şəbəkələrindən olan ERASMUS-un üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR