Gənclərin Dialoq Məclisi yaradıldı

img

26-05-2011 [12:36]


Gənclər üçün Təhsil Mərkəzi müxtəlif sahələrdə gənclərin fikir və rəyinin öyrənilməsi, onların düzgün istiqamətləndirilməsinə kömək etmək, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolunun artırılması üçün Dialoq Məclisi yaradıb. Bu gün Bakı Dövlət Universitetində Məclisin ilk görüşü keçirilmişdir. ?Qloballaşma və mədəni kimlik: növbəti gediş? adı altında keçirilən görüşdə ?Bizim nəsil? Gənclərin İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev və Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov ekspert qismində iştirak etmişlər. Ekspertlərin iştirakı ilə gənclər qloballaşma və milli mənəvi dəyərlər istiqamətində müzakirələr aparmış, öz fikirlərini bölüşmüşlər. Məclisin koordinatoru İnqilab Fərzəliyevin verdiyi məlumata əsasən hər ay keçiriləcək Məclisin mövzuları gənclərin istəklərinə uyğun olaraq müəyyən olunacaq. Arzu edən hər bir gəncin Məclisdə iştirakına da xüsusi yer veriləcək. Qeyd edək ki, Məclisin əsas fəaliyyət istiqamətləri ictimai əhəmiyyətli mövzuların birgə müzakirəsindən, gənclərə cəmiyyətimizin inkişafı üçün doğru yolların göstərilməsindən, maraqlı ictimai-siyasi xadimlər tərəfindən tövsiyələrin verilməsindən, müxtəlif görüşlərin təşkil edilməsindən və maraqlı təkliflərlə çıxış etməkdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR