?Bakı Xəbər? qəzetinin müsabiqəsinin uzadılması narazılıq yaradıb

img

24-05-2011 [01:03]


?Bakı Xəbər? qəzeti fevral ayında ?İslamda yas mərasimləri və əyintilər? mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi elan etmişdi. Müsabiqənin şərtlərinə görə, yazıların son təqdim olunma müddəti mayın 20-si göstərilmişdi. Lakin müsabiqənin başa çatmasına 1 gün qalmış ?Bakı Xəbər? qəzetinin baş redaktoru Aydın Quliyev müsabiqənin daha 3 ay uzadıldığını elan edib. Müsabiqənin bu qədər uzun müddətə uzadılması həmin müsabiqəyə yazı təqdim etmiş jurnalistlərin narazılığına səbəb olub. ?Bizim Yol?-a çatan məlumata görə, artıq ?Yeni Müsavat? qəzetinin əməkdaşı Elşad Məmmədli bu müsabiqəyə təqdim etdiyi ?Atam ölüb, sələmə pul axtarıram? sərlövhəli yazısını müsabiqədən geri çəkib. Digər bir neçə jurnalistin də bu addımı atacağı istisna edilmir. Elşad Məmmədli ilə əlaqə saxladıqda, o, yazısını doğrudan da müsabiqədən geri çəkdiyini təsdiqlədi: ?Zəng edib yazımı geri çəkdiyimi bəyan etdim. Bu məsələ haqda başqa heç nə danışmaq istəmirəm. Sadəcə, Azərbaycan jurnalistikasının bu cür hüquqsuz vəziyyətə gəlib çıxmasına və müsabiqələrin əksəriyyətinin absurd, şübhəli məqamlarla yadda qalmasına təəssüf edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR