Qafqazinfo-ya xaker hücumların səbəbləri məlumdur

img

23-05-2011 [11:41]


Qafqazinfo.az xəbər portalı dünən səhər saatlarında xaker hücumuna məruz qaldığı üçün hələ də fəaliyyətini bərpa edə biməyib. Portalın redaktoru Elnur Məmmədlinin MİA-ya verdiyi məlumata görə, sayt dünən axşam işləyib. Amma bu gündən etibarən işləmir. Onun sözlərinə görə, sayta olan haker hücumlarıyla bağlı prezident başda olmaqla, aidiyyatı orqanlara müraciət edəcəklər: "Sayta olan xaker hücumlarının səbəblərini bilirik. Saytımız bu tip hücumlara artıq 5-ci dəfədir ki, məruz qalır. Biz müstəqil şəkildə fəaliyyət göstəririk. Ancaq onu da unutmasınlar ki, bununla yolumuzdan dönməyəcəyik. Təəssüf ki QAFQAZİNFO bu gün də işləyə bilməyəcək. Arxivimizi tamam siliblər. Böyük ehtimalla sabah sayt işləyəcək.".

Digər xəbərlər
SON XƏBƏRLƏR