BAGT Qarabağ mövzusunda dəyirmi masa keçirdi

img

20-05-2011 [12:07]


Bütöv Azərbaycan Gənclər Təşkilatı ziyalıların və gənclərin iştirakıla dəyirmi masa keçirdi. Tədbirdə bir çox ziyalılar və gənclər iştirak edirdi. Tədbiri giriş sözüylə açan BAGT-nin təşkilatı işlər üzrə müavini Xəyalə Nəsirli çıxış ücün sözü BAGT-nin sədri Ruslan İzzətliyə verdi. Ruslan Izzətli çıxışında bildirdi: ? Biz təşkilat olaraq 2011-ci ili Qarabağ ili elan etmişik. Bununla əlaqədar regionlarda və müxtəlif yerlərdə dəyirmi masalar və görüşlər keçiririk. Məqsəd Qarabağ məsələsin siyasi gündəmə gətirmək və bu yöndə işləri surətləndirmək. 19 ildir Qarabağ məsələsində hec bir irəlləyiş yoxdur. Biz cəmiyyət olaraq bu məsələni diqqətdə saxlamalı və bu yöndə fəaliyyət göstərməliyik. Qarabağ məsələsində cəmiyyət olaraq dövlətimiz dəstəkləməli və gənclik olaraq ölkə rəhbərliyinin müharibə əmrinə hər zaman hazır olmalıyıq. Daha sonra söz hərbu jurnalist Cəsur Sürməliyə verildi. Cəsur bəy çıxışında Erməni hərbi gücüylə Azərbaycanın hərbi gücün müqayisə edərək bildirdi ki, Azərbaycan istər insan gücünə, istərsədə hərbi gücünə görə Ermənistandan üstündür. Amma ölkəmizin müharibəyə başlaması ehtimalı gözlənmir, çünki bu yöndə müəyyən işlər getməlidir amma bu getmir. Daha sonra söz Ermənistanşünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlıya söz verildi. Qafar bəy çıxışında Ermənistandakı ictimai-siyasi məsələlər haqda danışdı və Erməni ictimaətinin Qarabağ məsələsində həssas olduğunu və bu işlərlə məşğul olan qrumlarının ictimaətə dami məlumat verməsin diqqətə catdırdı. Tədbirdə iştirak edən professor Almaz Əliqızı, Əhməd Qəşəmoğlu, Elmi Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu, DAİM icracı katibi Elza İsmayılova, GAMOH Bakı nümayəndəliyin rəhbəri Ağrı Qaradağlı, ziyalı Faiq İsmayılov, Qarabağ qazisi, şair Rəfail Tağızadə, BAGT İdarə Heyətinin üzvü Rövşən Əbdürrəhmnalı və başqa qonaqlar Qarabağ mövzuusnda çıxış etdilər və bu yöndə cəmiyyət olaraq birləşməmizi vurğuladılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR