ADU daha bir Avstriya Universiteti ilə əməkdazlıq edəcək

img

16-05-2011 [12:31]


Mayın 17-18-də Azərbaycan Dillər Universitetində (ADU) ?Bakıda Avstriya ədəbiyyatı günləri? adlı tədbir keçiriləcək. ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatşılığı ilə keçiriləcək tədbirin açılış mərasimində ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə ataşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman, həmin institun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan Azərbaycanli və xarici müəllimlər də iştirak edəcəklər. Mərasimdə ADU-nun rektoru, professor, millət vəkili S. Seyidov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç açılış nitqi ilə çıxış edəcəklər. Tədbir çərçivəsində ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanacaq. Sonra Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor K. Amman ?Avstriya ədəbiyyatı anlayışı?, həmin universitetin Robert Muzil adına Ədəbiyyat İnstitunun bölmə rəhbəri V. Fanta ?Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm? mövzularından bəhs edəcəklər. ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva ?Muzil və Kafkanın yaradıcılığında insan obrazı?, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev ?Muzilin yaradıcılığında kinayə: üslubi vasitə yoxsa gerçəkliyin kəskin tənqidi?? mövzularından danışacaqlar. Alpen-Adria Universitetinin əməkdaşı Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirəcək. Tədbirin növbəti günü də bir sıra məruzələr səslənəcək. Belə ki, K. Amman ?Müasir Avstriya ədəbiyyatında mənim üçün üç sevimli qadın yazarı?, V. Fanta və M. Kaderlap ?Mənim dilim? adlı təqdimatlarla çıxış edəcəklər. ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrdən, tərcümə məsələlərindən və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə də həsr olunmuş dəyirmi masa da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR