?Qadınlar Gələcək Uğrunda? ictimai Birliyi Gəncə qadınları ilə görüz keçirib

img

16-05-2011 [11:10]


?Qadınlar Gələcək Uğrunda ?İctimai Birliyi may ayının 14-də Gəncə şəhərində ?Məişət zorakılıgı cinayəti sərhəd tanımır? mövzusu dəyirmi masa keçirib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi ?Məişət zorakılıgı: problemlərin araşdırılması və zərərin azaldılması? layihə çərçivəsində baş tutub. Layihənin rəhbəri ?Qadınlar Gələcək Uğrunda ?İctimai Birliyinin sədri Abuhəyat Abdullayeva layihənin məqsədi barədə dəyirmi masa iştirakçılarına məlumat verib. O bildirib ki, layihənin məqsədi qadınlara qarşı məişət zorakılığının cəmiyyətin hər bir üzvü tərəfindən real surətdə dərkinə və bu istiqamətdə maarifləndirə işlərinin aparılmasına yardımçı olmaqdır. Dəyirmi masada Gəncə şəhərində müxtəlif təşkilat və müəssisələri təmsil edən xanımlar iştirak edib, Layihənin eksperti İradə Əliyeva ?Məişət zorakılığının qarşısının alınması haqqında qanunun reallaşmasına doğru ? mövzusunda çıxış edib.Tədbirdə iştirak edən fəal xanımlar qərb bölgəsində qadınların aktual problemlərindən danışıblar. Təgcə qadınların iştirak etdiyi və əksəriyyətin gənclər qızlar təşkil edən dəyirmi masada bir sıra aktual məsəllər müzakirə olunub.Gənc xanımların fikrinə görə onlar əsasən valideyinləri tərəfindən zorakılığa məruz qalırlar və onlar evdə öz hüquqlarını müdafiyə edə bilmirlər. Dəyirmi masada iştirak edən xanımlar təkliflərlə çıxış ediblər.Onların fikrinə görə regionlarda yaşlı insanlar arasında maarifləndirmə işləri aparmaq çox vacibdir.Gənc Liderlər TT İB meneceri Qocayeva Svetlana xanımın təklif etdi ki, gələn tədbirlərdə kişiləri də dəvət etsək daha məqsədəuyğun olardı. ? Gənc Liderlər?TTİB ?n sədri Səbinə xanımın fikirlərinə görə ailədə problemlər yaşayan ,zorakılığa məruz qalan eləcə də məşğulluqla bağlı problemləri olan xanımların əksəriyyəti savadsız olduğundan daha çox problemlər yaşayırlar. Bu baxımdan mariflənməyə ehtiyac var və yerli televiziyalarda qadınlarla bağlı verlişlərin sayının artırılmasının vacib olduğunu söylədi.Gəncə Dövlət Universitetinin müəlliməsi İlyasova Xalidə xanım məktəblərdə qadın hüquqları ilə bağlı dərslərin keçilməsini təklif etdi. Məlumat üçün bildirək ki, dəyirmi masada donor təşkilatın nümayəndəsi etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR