Səlim Müslümov sabah jurnalistləri mükafatlandıracaq

img

12-05-2011 [03:02]


Dövlət Sosial Müdafiə Fondu "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqəni yekunlaşdırıb. Müsabiqə 20 fevral 2011-ci il tarixdən 01 aprel 2011-ci il tarixə kimi mətbuatda dərc olunmuş sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər əsasında keçirilib. Sabah Dövlət Sosial Müdafiə Fondunun binasında müsabiqənin qalib jurnalistləri mükafatlandırılacaqlar. Modern.az-ın məlumatına görə, müsabiqənin əvvəldən elan olunmuş şərtlərinə görə, ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar: Qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer ? 800 manat; 2-ci yer ? 500 manat; 3-cü yer ? 300 manat. Televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə: 1-ci yer ? 800 manat; 2-ci yer ? 500 manat; 3-cü yer ? 300 manat. Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat ? cəmi 1000 manat məbləğində. Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR