Əli Həsənov: "Diffamasiya haqqında qanunun qəbulu jurnalistləri məsuliyyətdən azad etmir"

img

11-05-2011 [02:06]


Bəziləri düşünürlər ki, diffamasiya haqqında qanunun qəbul olunması jurnalistləri bütün məsuliyyətdən, insanların şərəf və ləyaqəti ilə bağlı yazdıqları materiallara görə məsuliyyətdən azad edir. Amma bu, qətiyyən belə deyil. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. "Diffamasiya haqqında qanun jurnalistlər, jurnalist təşkilatları qarşısında ciddi məsuliyyətlər yaradır. Bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar, media qrupları və onlara rəhbərlik edən şəxslər öz mətbu orqanlarına daha məsuliyyətlə yanaşmalıdırlar. Eyni zamanda, jurnalist təşkilatları jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi işlər görməlidirlər", - Əli Həsənov deyib. Əli Həsənovun sözlərinə görə, jurnalistlərin öz fəaliyyətlərinə peşəkar yanaşması təmin edilməsə, cəmiyyətdə jurnalist və vətəndaş qarşıdurması, jurnalist və digər strukturların qarşıdurması davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR