KiV DF ?Azərbaycan media məkanında ədəbi dilin qorunması" mövzusunda layihə müsabiqəsinin qaliblərini elan edib

img

06-05-2011 [05:49]


Mayın 6-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan verilən məlumata görə, Müşahidə Şurasının iclasının gündəliyində duran iki məsələlə müzakirə edilərək müvafiq qərarlar qəbul edilib: 1. 25 aprel 2011-ci il tarixdə elan edilmiş "Azərbaycan media məkanında ədəbi dilin qorunması? mövzusunda layihə müsabiqəsinin müzakirəsi 2. Regionlarda konfransların keçirilməsi Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələləri iclas iştirakçılarına təqdim edib. Daha sonra Fonda daxil olmuş layihələrlə bağlı icraçı direktor Vüqar Səfərli danışıb. Gündəlikdə duran birinci məsələ ilə bağlı məlumat verən V.Səfərli bildirib ki, 2 istiqamət üzrə müsabiqəyə ümumilikdə 7 layihə təqdim edilib. Onlardan 2-si 1-ci istiqamətə, 5-i 2-ci istiqamətə təqdim olunub. Layihələrin surətləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə paylanılıb və onlar təqdim olunmuş layihələrlə yaxından tanış olublar. Sonra Müşahidə Şurasının üzvləri layihələrlə bağlı müzakirələr apararaq səsvermə yolu ilə qalibləri müəyyənləşdiriblər. Səsvermənin nəticəsi olaraq Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması istiqaməti üzrə ?Elektron Mediaya Yardım Fondu?nun layihəsi, Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Azərbaycan Mətbuat Şurasının layihəsi qalib elan olunub. Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar regionlarda konfransların keçirilməsi məsələsi Şuranın üzvləri arasında geniş müzakirə olunub və onlara 10 gün ərzində təklifləri hazırlayib Fonda təqdim etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR