APA-nın ilk kollektivinin bir üzvü də gedib

img

05-05-2011 [04:38]


Ölkənin aparıcı xəbər agentliklərindən biri olan "APA" agentliyinin ilk kollektivinin daha bir üzvü - sosial şöbənin əsas əməkdaşlarından biri İlhamə İsabalayeva "Trend" agentliyinə gedib. Bu barədə məlumatı inradio.az-a agentliyə yaxın mənbə bildirib. Mənbənin sözlərinə görə, İlhamə İsabalayeva "APA" qurulan vaxt orda olan azsaylı komandanın üzvü olduğundan, onun iş yerini dəyişməsi agentliyinin bünövrəsində çat əmələ gəlməsi kimi qiymətləndirilir. Xatırladaq ki, ötən il də daxil olmaqla bu il ərzində "APA"-nı ilk kollektiv üzvlərinin böyük əksəriyyəti tərk edib. Aprel ayında agentliyi tərk edən texniki direktor Seymur İsmayılov hazırda rəsmi media qurumlarından birində yüksək vəzifədə işləyir. "APA"-nı tərk edənlərin hamısı digər media orqanlarında yüksək məvacibli işlərdə fəaliyyətlərini davam etdirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR