Jurnalistlər üçün yeni müsabiqəyə start verildi

img

04-05-2011 [05:32]


Mayın 5-dən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin iştirakı, ?Azerfon? MMC-nin dəstəyi, ?Yeni Nəsil? Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı ilə ?Ölkənin inkişafında İKT və mobil rabitənin rolu? mövzusunda jurnalistlər üçün müsabiqəyə start verilir. ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, müsabiqə ?İKT-Media dialoqu? platforması çərçivəsində keçirilir. Müsabiqənin məqsədi İKT, xüsusən də mobil rabitə sahəsində əhalinin maarifləndirməsi, İKT sektorunda yeni inkişaf imkanlarının araşdırılması, həmçinin medianın texniki və iqtisadi dayaqlarının möhkəmləndirilməsinə yardım göstərməkdir. ?Azerfon? MMC-nin nümayəndəsi Elşad Fərzəliyev isə bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş müsabiqədə çap və elektron media nümayəndələri iştirak edə bilər: ?Mayın 5-dən start verilən müsabiqə 1 ay müddətində davam edəcək. Müsabiqə ?Mobil rabitə sahəsində yeni imkanlar?, ?Mobil rabitə xərclərinə necə qənaət etməli?, ?Mobil rabitədə şəffaflıq?, ?Nömrə daşınması layihəsi - müştərilər üçün üstünlüklər?, ?Medianın inkişafında mobil rabitədən istifadə?, ?İnternetə çıxışın genişlənməsində mobil rabitənin rolu?, ?Sosial inkişaf üçün mobil rabitədən istifadə?, ?Azərbaycanda İKT sahəsinin inkişafında mobil rabitənin rolu? və ?Rouminq mobil rabitənin əsas xassələrindən biri kimi? mövzularından ibarətdir?. Müsabiqənin qalibləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ?Azerfon? şirkəti, ?Yeni Nəsil? Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin nümayəndələrindən ibarət ekspertlər komissiyası tərəfindən müəyyən olunacaq. Materiallar (məqalələr, TV/radio materiallar, fotoreportajlar və s.) [email protected][email protected] e-mail ünvanlarına, həmçinin Bakı şəhəri, Neftçilər prospekti, 145/5 ünvanında yerləşən ?Yeni Nəsil? Jurnalistlər Birliyinə təqdim edilməlidir. Müsabiqə nəticəsində 5 qalib seçiləcək (1-ci yer - 1 nəfər, 2-ci yer - 2 nəfər, 3-cü yer - 2 nəfər) və 5 xüsusi mükafat veriləcək. Müsabiqədə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin qalibi 300 manat, 3-cü yerin qalibi - 200 manat məbləğində mükafat alacaq. Xüsusi mükafatların məbləği isə 100 manat təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR