isa Qəmbərin səsi ?əl-Cəzirə?dən gəldi

img

03-05-2011 [11:28]


Müsavat başqanı İsa Qəmbər dünən Qətərdən yayımlanan ?əl-Cəzirə? telekanalının Bakıya gəlmiş reportyorlarına müsahibə verib. Bu barədə musavat.com-a Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Bildirilir ki, Müsavat başqanı əcnəbi reportyorların çoxsaylı və müxtəlif səpkili suallarına cavab verib. Suallar əsaən Azərbaycandakı ictimai-siyasi durumu, regionda, eləcə də dünyada gedən siyasi prosesləri əhatə edib. Müsavat başqanının "əl-Cəzirə"yə verdiyi müsahibənin nə vaxt yayımlanacağı bəlli olan kimi ictimaiyyətə əlavə məlumat veriləcək. Onu da qeyd edək ki, son bir neçə ildə "əl-Cəzirə" telekanalı dünyanın ən operativ və ən mötəbər, eyni zamanda böyük tamaşaçı auditoriyası olan bir media nəhənginə çevrilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA