WikiLeaks saytı Amerikanın Quantanamo həbsxanası barədə dosye yayımlayıb

img

25-04-2011 [02:21]


Məşhur WikiLeaks saytı, Amerikanın Quantanamo həbsxanasındakı məhbuslarla bağlı gizli sənədləri yayımlayıb. Sənədlər bu gün dünyanın məşhur "The New York Times", "The Guardian", "El Pais" və digər KİV-lərində dərc olunub. Sənədlərdə demək olar ki, bütün Quantanamo məhbusları barədə məlumatlar öz əksini tapıb Orada həmçinin məhbuslarla aparılmış 700 dindirilmə barədə də məlumatlar var. Materiallarda hər bir məhbus barədə onların hansı kəşfiyyat məlumatlarına malik olması, təhlükəlilik dərəcəsi və sair informasiyalar var. Bəzi dosyelərdə göstərilir ki, məhbuslara əziyyət verilib. "Associated Press"in məlumatına görə, dosyelərdəki məlumatlarla saxlanılan məhbuslar barədə ətraflı öyrənmək mümkündür. Məsələn, 11 sentyabr hadisələrinin təşkilatçısı kimi saxlanılan Xalid Şeyx Məhəmməd sən demə həmçinin Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin sui-qəsdini də planlaşdırırmış. Bundan əlavə, ABŞ HHQ-nə məxsus gəminin partladılmasında günahlandırılan Abd əl-Rahim əl-Nasiri isə cihad zamanı qadınlara marağının olmaması üçün özünü tibbi yolla impotetnt etdiribmiş. WikiLeaksın açıqladığı sənədlərdə məhkumların şəkilləri də yer alıb. Şəkillərin çoxu ilk dəfə olaraq açıq baxışa təqdim edilib. Məsələ ilə bağlı artıq rəsmi Vaşinqton açıqlama verib. Və Barak Obamanın məhkumlarla iş üzrə müşaviri Daniel Frid gizli dosyelərin ictimaiyyət üçün açıqlanmasını uğursuz qərar adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR