?Jurnalistika və inkizaf Mərkəzi? bu mövzuda layihənin icrasına bazlayıb

img

22-04-2011 [01:02]


?Jurnalistika və İnkişaf Mərkəzi? (JurİM) İctimai Birliyi Azərbaycanın ən ağrılı problemi olan Qarabağ mövzusunda yeni bir layihənin icrasına start verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Təşkilat sədri Elməddin Muradlının verdiyi məlumata görə, ?Bax, gör, unutma? adlı layihədə Qarabağ münaqişəsi və onun acı nəticələri tanınmış rəssam Vaqif Ucatayın çəkdiyi rəsm əsərlərində cəmiyyətə çatdırılacaq. Dörd ay müddətində icra olunacaq layihə çərçivəsində 60-a qədər rəsm əsəri toplanacaq və həmin əsərlər layihə çərçivəsində yaradılmış garabag-az.com saytında yerləşdiriləcək. Hər bir rəsm əsərinə Azərbaycan və ingilis dilində izah veriləcək. Saytda yerləşdiriləcək rəsm əsərləri layihənin yekununda kitab halında çap olunaraq beynəlxalq təşkilatlara, səfirliklərə, diaspor mərkəzlərinə və Azərbaycanda və xaricdə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi təşkilatlara paylanacaq: ?Artıq saytımız hazırdır, bəzi texniki işləri yekunlaşdırından sonra yaxın günlərdə materiallar həmin saytı yerləşdiriləcək. Çalışacağıq ki, layihə çəçivəsində çox ciddi məsələlərə toxunaq və Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin dünya ictiamiyyətində çatdırılmasına biz də təkan verək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR