Gənclər üçün təlim keçirilib

img

21-04-2011 [11:34]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi regionlardakı gənclərin informasiya texnalogiyaları ilə daha yaxından tanış olması məqsədi ilə maarifləndirmə proqramını davam etdirir. Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi ?Qaçqın və məcburi köçkün gənclər və yeniyetmələr arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği? layihəsi çərçivəsində Füzuli rayonunun Qayıdış qəsəbəsində gənclər və yeniyetmələr üçün seminar təşkil olunub. Seminarda təşkilatın koordinatoru Mirmehdi İbişov, sədri Elnur Məmmədli və təlimçi Mirdaməd Quliyev mövzu ətrafında məruzələrlə çıxış ediblər. M. İbişov bildirib ki, bu gün dünyanı kompüter və internetsiz təsəvvür etmək mümkün deyil. O, internetin tarixindən danışıb. Bildirib ki, son 5 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilib və bu Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (?Elektron Azərbaycan?) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilib. Azərbaycanda da internetin sürətlə yayıldığını, regionların da bu sistemə qoşulduğunu, gənclərin internet dünyasına marağının böyük olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR