Jurnalistika fakültəsinin ilk dekanının yubileyi qeyd olunub

img

21-04-2011 [06:27]


Bu gün Bakı Dövlət Universitetində Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı Nurəddin Babayevin 90 illik yubileyi qeyd olunub. Tədbirdə BDU rektoru Abel Məhərrəmov, jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, fakültə müəllimləri, Nurəddin Babayevin tələbələri və nəvələri iştirak edib. Abəl Məhərrəmov çıxışında Nurəddin Babayevi yaxından tanıdığını, dəfələrlə keçmiş Lenin adına kitabxanada görüşlər keçirdiyini bildirib. Yalçın Əlizadə isə çıxışında Nurəddin Babayevin ədəbi yaradıcılığını və iş fəaliyyətini vurğulayıb. Tələbələrin də iştirak etdiyi tədbirdə yubilyara aid fotooçerk göstərilib və xatirələrindən söz açılıb. Tədbir sonda ailə üzvlərindən olan Gülüs Babayevin çıxışı ilə başa çatıb. Qeyd edək ki, Azərbaycanda jurnalistika fakültəsinin olmaması (filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi fəaliyyət göstərirdi) o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969-cu ildə alim, yazıçılarımız və Nurəddin Babayevin səyləri başda olmaqla, universitetdə ?Jurnalisitika? fakültəsi yaradıldı. Eyni zamanda Jurnalistlər İttifaqının təşkilində Nurəddin Babayevin rolu olduqca böyük olub. Xatırladaq ki, Nurəddin Həsən oğlu Babayev (1921-1991) yazıçı-jurnalist, alim, professor, publisist, "Oğluma məktublar", "Qızlar,sözüm sizədir", "Qızlar söz istəyir", "Gəlin kişilikdən danışaq" kimi əsərlərin müəllifi əməkdar incəsənət xadimidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR