Polis 5 isveçli jurnalisti saxladı

img

17-04-2011 [04:16]


"Sahil" bağına mitinqi izləmək üçün gələn hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlını bağdan uzaqlaşdırıblar. 5 isveçli jurnalist isə saxlanılaraq polis bölməsinə aparılıb. Onlardan ikisinin adı məlumdur: Roder Strit və Şarlotta Uijkstrom. Jurnalistlərə çəkiliş aparmağa, reportaj hazırlamağa imkan verilmir. Polislər "Yeni Müsavat"ın əməkdaşı Elşən Balaxanılıya, ANS-in əməkdaşına və İTV-nin reportyoruna təzyiq göstəriblər. ANS-in əməkdaşı döyülüb. İTV-nin işçisi isə polislərlə mübahisəyə girişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA