Qulu Məhərrəmli: ?Ehtiyac jurnalistləri vurub sıradan çıxarır?

img

12-04-2011 [06:26]


?Təəssüf ki, bizdə media dediyimiz sosial institut faktiki olaraq təbliğat alətinə çevrilib?. Bunu AzadlıqRadiosunun ?İşdən sonra? verilişində teleaparıcı, şərhçi Qulu Məhərrəmli deyib. Onunla söhbətdən maraqlı fikirləri təqdim edirik: - ?Bir tərəfin mövqeyini ifadə edən mətbuat Azərbaycanda həddindən artıq çoxdur. Bu, da biabırçılıqdır?. - ?Media öz funksiyasından xeyli kənarda dayanıb?. - ?Çox təəssüf ki, Azərbaycanda dialoq havası yoxdur?. - ?İnsanların əksəriyyəti belə düşünür ki, Azərbaycanda dəyişiklik, islahatlar olmalıdır?. - ?Hakimiyyət tərəfdəkilər sanki çox qürurludur. ÖZLƏRİNƏ SIĞIŞDIRMIRLAR Kİ, ƏKS FİKİRDƏ OLAN İNSANLARLA OTURUB BU VƏ YA DİGƏR MƏSƏLƏLƏRİ ÇÖZSÜNLƏR?. - ?Düşünülməmiş təbliğat notları çox vaxt əks-səda verir?. - ?İnsanlar gördüyünə inanır, insanlar artıq təbliğata inanmır?. - ?Bu televiziyaları yönləndirənlər də, rəsmi mətbuata bu mesajları verənlər də çox diqqətli olmalıdırlar?. - ?Həbslər istənilən effekti vermir. Bunlar göz qorxutmur. Əksinə, insanlarda daha çox qıcıq yaradır. Daha böyük etiraz dalğası yaradır?. - ?Mitinq dalğasından yaranan mesajlar lazım olan ünvanlara çatır?. - ?Azərbaycan televiziyalarında və mətbuatında çoxlu sayda Azərbaycan ədəbi dilini bilməyən, dilin normalarına məhəl qoymayan insanlar var?. - ?İctimai tribuna, qəzet, radio, televiziya sözlərin diqqətlə seçilməsini tələb edir?. - ?Nöqsanları bilirdilər, bunun üçün etirazları gözləmək lazım idi? Nə üçün vaxtında tədbirlər görmürdülər??. - ?İDARƏÇİLİYƏ LƏYAQƏTLİ ADAMLARI GƏTİRMƏK LAZIMDIR?. - ?Düşüncəsi geniş olan adam dünyaya bir az geniş baxmalıdır?. - ?Hakimiyyətdə indi təmsil olunan bəzi istedadsız, iddialı, rüşvətxor, korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmaq mümkün deyil?. - ?Azərbaycanda seçkilər həmişə ədalətsiz keçib. Azərbaycanda çox təəssüf ki, bu vaxta qədər hakimiyyət seçki yolu ilə dəyişdirilməyib. Azərbaycanda bu təcrübə yaransa, demokratiya üçün çox böyük impuls olar?. - ?Ehtiyaclar bizim jurnalistləri vurub sıradan çıxarır. Biz çox istedadlı jurnalistlərimizi arzu olunmayan gəminin sərnişini kimi görürük. Bunlar mənim üçün faciədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR