ANS-in aparıcı müxbiri istefa verdi

img

07-04-2011 [03:40]


ANS Telekanalının müxbiri Ceyhun Əsgərov kanalda tutduğu vəzifəsindən imtina edib. O, bu addımını öz arzusu ilə atıb. ?Qafqazinfo?ya açıqlamasında C. Əsgərov yayılan məlumatı təsdiq edib. Jurnalist bildirib ki, iş yerini dəyişmək qərarına gəlib və odur ki kanaldakı fəaliyyətinə son qoymalı olub: ?Öz qərarıma əsasən ANS-dən çıxdım. Lakin jurnalistlik fəaliyyətimi dayandırmamışam. Hazırda Araz 103.3 radiosunda jurnalistlik fəaliyyətimə davam edirəm. Gələn həftədən müəllif verilişlərimlə efirə çıxacam?. Qeyd edək ki, təxminən bir ay öncə C. Əsgərovun ANS-i tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Lakin o zaman telejurnalist bu məlumatı təkzib etmişdi və iş yerini dəyişmək fikrində olmadığını bildirmişdi. Xatırladaq ki, C. Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur. C. Əsgərov 10 il - 2002-ci il dekabrın 27-dən ANS-də çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR