ADU-nun tələbəsi beynəlxalq yarızın qalibi olub

img

30-03-2011 [04:48]


Martın 3-dən 17-dək Malayziyanın Putracaya şəhərində ?Dövlətlərarası Malay dili? adlı beynəlxalq yarış keçirilib. Malay dilini, Malayziya mədəniyyəti və incəsənətini tanıtmaq məqsədi daşıyan yarışmada 60 dövlətdən nümayəndə iştirak edib. Azərbaycanı bu yarışda Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Cənub-şərqi Asiya ölkələri və İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Günel Bayramova təmsil edib. ADU-dan verilən məlumata görə, yarış iştirakçıları Malayziya Universitetlərinin professorlarından ibarət olan münsiflər heyəti qarşısında 7 dəqiqəlik təqdimatla çıxış ediblər. Ölkəmizi bu turnirdə təmsil edən Günel Bayramova ?Malayziya birlik modeli kimi? mövzusunda çıxış edib. Beynəlxalq yarışda təmsil olunan 60 ölkədən 10-u yarımfinal mərhələsinə yüksəlib. Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən G. Bayramova yarışmanın qalibi adını qazanan 4 iştirakçıdan biri olub. Xatırladaq ki, Azərbaycan bu yarışmada 2008-ci ildən iştirak edir. Qeyd edək ki, ADU-da Cənub-şərqi Asiya ölkələri və İndoneziyaşünaslıq ixtisası 2007-2008-ci tədris ilindən fəaliyyət göstərir. Bu əlaqələrin qurulmasında ADU-nun professoru Həbib Zərbəliyevin xüsusi rolu var.

Digər xəbərlər
SON XƏBƏRLƏR