Bakıda ?VI Beynəlxalq Türk incəsənəti Sərgisi? keçiriləcək

img

30-03-2011 [12:45]


Aprel ayının 1-də Milli Azərbaycan Tarixi Muzeyində, eyni adlı muzeyin, ?Miras? Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Akşehir Foto İlgililəri Dərnəynini təşkilatçılığı ilə Bakı şəhərində ?VI Beynəlxalq Türk İncəsənəti Sərgisi? təşkil ediləcək. Bu barədə ?Miras? İctimai Birliyin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin müxtəlif janrlardan ibarət dəyərli sənət işləri nümayiş etdiriləcək. Məlumat üçün bildirək ki, sərginin açılış mərasimindən sonra ?Türk-islam incəsənəti və memarlığı? seminarı keçiriləcək. Seminarda, ?Miras? İctimai birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin ?Mədəni irsimiz: incəsənət, memarlıq və sənətkarlıq? , Qafqaz Araşdırmalar İnstitunun direktoru Mehmet Rihtimın ?İslam incəsənəti: Xəttatlıq, miniatür, təzhib?, Akşehir Foto İlgililəri Dərnəynin sədri Ahmet Aytacın ?Türk incəsənətinin Qərb mədəniyyətinə təsiri?, İçərişəhər Tarix-memarlıq qoruğunun əməkdaşı ?Orta əsr şəhərləri Şərqdə və Qərbdə: Tikinti sirrləri, əsas inkişaf yolları, şəhər döyüş strategiyası? mövzusunda məruzələri dinləniləcək. Bundan başqa, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, MİRAS İctimai Birliyi və Aktiv Media Şirkətinin birgə hazırladığı, Ttürk obalarının mənəvi mədəniyyətində axır çərşənbənin yerindən bəhs edən ?Axtaçı obası: Tərəkəmə çərşənbəsi? filminin təqdimatı olacaq. Qeyd edək ki, ?VI Beynəlxalq Türk İncəsənəti Sərgisi? 3 aprelə qədər davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR