?Qızılbaz? Gəncləri Maarifləndirmə Birliyi maarifləndirməyə bazlayıb

img

16-03-2011 [12:35]


?Qızılbaş? Gəncləri Maarifləndirmə Birliyi regionlardakı gənclərin informasiya texnalogiyaları ilə daha yaxından tanış olması məqsədi ilə maarifləndirmə proqramını həyata keçirməyə başlayıb. Birliyin sədri Elnur Məmmədli deyib ki, Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi ?Qaçqın və məcburi köçkün gənclər və yeniyetmələr arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği? layihəsi zamanı məcburi köçkün gənclər diqqət mərkəzində olacaq. E. Məmmədlinin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artmaqdadır və bunların da böyük əksəriyyəti gnclərdir: ?Amma əksər hallarda gənclər və xsusilə də yeniyetmələr internet saytlara yalnız tanışlıq və ya porno saytlara baxmaq məqsədi ilə daxil olurlar. Digər təşkilatların apardıqları araşdırmalar da bunu təsdiq edir. Buna görə də biz belə qərara gəldik ki, gənclərin informasiya texnologiyalarından və xüsusilə də internetdən dha səmərəli istifadə etməsinə yardımçı olaq. Bu gün internet məkanında gənclərin intellektual səviyyələrinin, bilik və bacarıqlarının artırılması üçün kifayət qədər imkanlar var. Ən müxtəlif fənnlərdən testlər, intellektual oyunlar, elm saytları mövcuddur. Bizim həyata keçirdiyimiz tədbirlərdə gnc və yeniyetmələrin mhz bu istiqamətə yönəldilməsi təbliğ olunacaq?. E.Məmmədli bildirib ki, laihə çərçivəsində gənclərə bir sıra kompüter proqramlarının öyrədilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR