Beynəlxalq Mətbuat institutunun nümayəndələri Eynulla Fətullayevin atası ilə görüzüblər

img

25-02-2011 [11:27]


Fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri fevralın 24-də də davam edib. Bu gün səhər saatlarında BMİ rəsmiləri hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüblər. E.Fətullayev qonaqlara oğlunun həbs olunması səbəbindən, jurnalistin hazırkı hüquqi və mənəvi-psixoloji vəziyyəti barədə məlumat verib. A.B.Mckenzi və A.Milz E.Fəatullaeyvin azadlığa çıxması üçün imkanlarını səfərbər edib mümkün olan bütün işləri görəcəklərini deyiblər. E.Fətullayev vaxt ayırıb onunla görüşdükləri üçün BMİ rəsmilərinə öz təşəkkürünü bildirib. Bundan sonra qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Onları BSU-nin dekanı İbrahim Paşa qəbul edib. Görüşdə BSU-nin jurnalistika kafedrasını rəhbəri, tanınmış telejurnalist Etibar Babayev, Avropa Şurasının ?Azərbaycanda Jurnalsitika Təhsilinin İnkişafına Dəstək? layihəsinin rəhbəri Aynur Bəşirli də iştirak edib. İ.Paşa BSU-nin yaranmasından, mövcud təhsil sistemindən və əldə olunan uğurlardan danışıb. A.B.Mckenzi BMİ-nin mandatından söz açaraq bütün xarici ölkə səfərlərində jurnalistlərin təhsil aldığı təhsil ocaqlarına baş çəkdiklərini bildirib. Xanım Alison deyib ki, gələcəkdə Azərbaycanla reallaşdıracaqları layihələrdə BSU-i ilə də əməkdaşlıq edə bilərlər. Axşam isə A.B.Mckenzi ?Azadlıq? radiosunda ?işdən sonra? verlişinin qonağı olub. Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa müşayiət edib. Fevralın 25-də qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə İnkişafına Dəstək Fondunda olacaqlar. Onlar Fondun icraçı direktor Səfərli Vüqar və Fonun Müşahidə Şurasının üzvləri ilə görüşəcəklər. Saat 11-00 - da səfər təəssüratları və keçirdikləri görüşlərin nəticələri ilə bağlı onlar Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR