Məhkəmə ?Vikiliks?in rəhbərini isveçə verəcək

img

24-02-2011 [06:02]


İngiltərənin Vulviç Cəza Məhkəməsi qalmaqallı ?Vikiliks? internet saytının sahibi Culian Assancla bağlı qərar verib. Assanc İsveçə ekstradisiya ediləcək. Məhkəmədə Assancı vəkil Geoferi Robertson, İsvec tərəfini isə vəkil Klara Montgomeri təmsil edib, qərarı hakim Hovard Riddle açıqlayıb. Hakim Assancın İsveçə qaytarılaçağı təqdirdə "ədalətli mühakimə? edilməyəcəyi iddiasını qəbul etməyib və Assancın İsveçə qaytarılmasınına qərar verib. Assancın məhkəmənin qərarını ilə bağlı 7 gün ərzində şikayət etmək hüququ var. Assanc isə İsveçə qaytarılacağı təqdirdə ABŞ-a göndərilməsi ehtimalından qorxduğunu və İsveçdəki məhkəmə prosesinin ədalətli olmayacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA