Beynəlxalq Mətbuat institutunun rəhbərlərinin görüzləri davam edir

img

23-02-2011 [06:40]


Bu il fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri davam edir. Gün ərzində reallaşan bütün görüşlərlə bağlı BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saatlarında onlar ?Azərbaycan? qəzetinin redaksiyasında olublar. Sonra qonaqlar İctimai Televiziyada kanalın rəhbəri İsmayıl Ömərovla görüşüblər. BMİ rəsmiləri ATƏT ?in Bakı ofisində demokratizasiya şöbəsini rəhbəri Caklin Karpenterlə, Açıq Cəmiyyət İnstitutunun ofisində isə ifadə azadlığı və media proqramı, ictimaiyyətlə əlaqələri şöbəsinin direktoru Rövşən Bağırovla görüşüblər. U.Rəhimoğlu fevralın 22-nə olan görüşlərini ?Yeni Müsavat? qəzetinin redaksiyasına səfərlə yekunlaşdırdıqlarını deyib. Baş redaktor Rauf Arifoğlu ilə görüşən BMİ rəsmiləri qəzetin və ümumilikdə Azərbaycan mətbuatının real vəziyyəti ilə maraqlanıblar. R.Arifoğlu Azərbaycan mediasının vəziyyəti, mövcud problemlər və bu problemlərdən çıxış yollarından ətraflı danışıb. Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa müşayiət edib. Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində 20 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.

Digər xəbərlər
SON XƏBƏRLƏR