KiV rəhbərləri və gələcək jurnalistlər bir araya gəldilər

img

23-02-2011 [05:26]


Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər. Görüş KİV-ə Dəstəyi Fondunun təşəbbüsü ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd jurnalist təhsili alan tələbələrin işlə təmin olunmalarına yardım etmək idi. 20 qəzet redaktorunun iştirak etdiyi tədbirdə tələbələrin gələcəkdə işlə təmin olunma məsələləri, jurnalistika sahəsindəki ümumi problemlər, söz və ifadə azadlığı, plüralizm məsələləri müzakirə olunub. Qonaqlarla tələbələr arasında ünsiyyəti ev sahibi, BDU jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə başlatdı. Yalçın müəllim ölkənin öndə gələn KİV-lərinin rəhbərlərinə həm də tələbələrin, fakültənin problemləri barədə məlumat verdi, özünün konseptual fikirlərini bölüşdü. O, dedi ki, BDU-nun tarixində tələbələrin bu qədər KİV rəhbəri ilə birdən və birbaşa təmas qurmaq imkanları olmayıb. Dekan tələbələrini fəallığa və yaranmış vəziyyətdən istifadə etməyə çağırdı. KİV-ə Dəstək Fondunun sədri, görüşün ideya müəllifi Vüqar Səfərli çıxışında bildirdi ki, Bakı Dövlət və Slavyan Universitetlərinin jurnalistika fakültələrinin tələbələrinin ən yaxşı oxuyanları universitetləri bitirmədən işlə təmin olunacaqlar: ? İşə götürülən tələbələrə qəzetlər tərəfindən müəyyən miqdarda əmək haqqı veriləcək. Tələblərin gələcəkdə peşəkar jurnalist kimi formalaşması üçün onlar iş təcrübəsi toplamalıdır. Bizə həmin tələbələrin siyahısı təqdim olunandan sonra qəzetlərə göndəriləcəklər?. V. Səfərli KİV-ə edilən yardımlardan bəhs edərək bildirib ki, artıq bu sahədə bir sıra problemlər aradan qaldırılıb. ?... Jurnalistlərin səbirsizliklə gözlədikləri mənzil məsələsi də həll olunmaq üzrədir. Ötən il prezidentin sərəncamına əsasən, jurnalistlərin mənzillə təmin olunması üçün fonda 5 milyon manat ayrılmışdı. Şad xəbər kimi deyə bilərəm ki, mənzillər tam təmir olunaraq jurnalistlərə paylanacaq?. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistika fakültələrində hazırlanan kadrlarla bağlı danışıb. O bildirib ki, tədbirin məhz jurnalistika fakültəsində keçirilməsi də təsadüfi deyil. ? Bu sahədə yetərincə qeyri-ixtisaslar olduğu üçün ixtisaslı jurnalistlər iş tapmaqda çətinlik çəkirlər. Gələn yeni nəsil işsiz qalır. Bu çətinliyi qismən aradan qaldırmaq üçün redaktorlar da bura dəvət olunub. Onlar hazırdırlar ki, sizinlə əməkdaşlıq etsinlər?. Çıxış edən qəzet redaktorları da gənc jurnalistlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Onlar gələcək həmkarlarını maraqlandıran suallara cavab veriblər. Tədbirdə çıxış edən ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, bu auditoriyada Azərbaycan mediasının gələcək parlaq imzaları əyləşiblər və indi redaktorların onlarla ilk vizual təmasları başlayıb: ? Eyni zamanda bu görüş tələbələr üçün bir fürsətdir. Sizin gələcək iş yerlərinizin rəhbərləri auditoriyanıza gəliblər. Biz də maraqlıyıq ki, mətbuata yeni və gənc nəsil gəlsin. Siz gəlməsəniz, bizim də gələcəyimiz olmaz. İndi əslində ənənəvi media ilə yanaşı, yeni medianın, internet mediasının dövrüdür. Bu, sizlərə daha geniş imkanlar, daha böyük meydanlar yaradır. Hər birinizə qapılarımız açıqdır. Sizə uğurlar arzu edirəm?. Bundan sonra bir neçə tələbə ?Yeni Müsavat? qəzetinə dair münasibətlərini bildiriblər və R.Arifoğlu onların suallarını cavablandırıb. Qeyd edək ki, ?Yeni Müsavat?ın baş redaktorundan qeyri heç bir KİV rəhbərinə suallar verilməyib. Baş redaktor-tələbə dialoqları tədbirdən sonra da davam edib. Görüşdə tələbələrdən Gənc Reportyorlar Klubunun rəhbəri Məmməd Ağayev, tələbə-jurnalist Dürrə Həsən və Əfzələddin Ağalarov çıxış ediblər. Azxeber.com saytının redaktoru Hacıbəy Heydərli də fəallığı ilə seçilib. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR