Mətbuat Şurası bir qəzetin adının yenidən ?qara siyahı?ya salınması məsələsinə baxacaq

img

21-02-2011 [06:53]


Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) ?Reket jurnalistika?ya qarşı mübarizə komissiyasının iclası keçirilib. MŞ-dan verilən məlumata görə, iclası komissiya sədri, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə aparıb. İclasda ?Gündəm xəbər? qəzeti ilə bağlı məsələ müzakirə olunub. Bildirilib ki, bu qəzet MŞ-nin ?qara siyahı?sında yer alan nəşrlərdən olub, lakin milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı siyahıdakı nəşrlərin müəyyən qismi, o cümlədən ?Gündəm xəbər? qəzeti də bu siyahıdan çıxarılıb: ? Lakin ?Gündəm xəbər? ötən müddətdəki fəaliyyəti ilə media dəyərlərinə etinasız yanaşmaqdadır. Mətbuat Şurasına qəzetdə gedən materiallarla əlaqədar çoxsaylı müraciətlər daxil olur. Buna görə də nəşrin yenidən ?qara siyahı?ya qaytarılması məsələsi aktuallaşıb. Komissiya üzvləri ?Gündəm xəbər?lə bağlı MŞ-yə ünvanlanan son müraciətləri araşdıraraq belə rəyə gəliblər ki, bu kütləvi informasiya vasitəsinin adının ?qara siyahı?ya salınması barədə Mətbuat Şurasının İdarə Heyətinə müvafiq təqdimat ünvanlanmalıdır?. İclasda ?Bütöv Azərbaycan? qəzetinin Şuraya ünvanladığı müraciətə də baxılıb. Müraciətdə bildirilib ki, bəzi mətbu orqanlar bu nəşrin adından sui-istifadə etməkdədirlər. Məsələni ətraflı araşdırmaq üçün komissiya üzvlərinə müvafiq tapşırıqlar verilib. İclasda həmçinin daha 8 məsələ ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR