Sosial Müdafiə Fondu jurnalist müsabiqəsi elan edib

img

18-02-2011 [01:36]


Dövlət Sosial Müdafiə Fondu ?Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir? mövzusunda jurnalist müsabiqəsi elan edib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, müsabiqəyə fevralın 20-dən aprelin 1-nə kimi mətbuatda dərc olunmuş analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir. Məqalələr 5 min işarədən, telesüjetlər 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər aprelin 1-dən gec olmayaraq hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə komissiyaya təqdim edilməlidir. Ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaqlar - qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer 800 manat; 2-ci yer 500 manat; 3-cü yer 300 manat; televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə: 1-ci yer 800 manat; 2-ci yer 500 manat; 3-cü yer 300 manat. Hər iki nominasiya üzrə cəmi 1000 manat məbləğində 10 həvəsləndirici mükafat da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA