Jurnalistlər üçün yeni müsabiqə elan olundu

img

16-02-2011 [04:03]


OCAZ (Office of Communicaton of Azerbaijan) təşkilatı media təmsilçiləri arasında Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının 15 illiyi ilə əlaqədar müsabiqə elan edib. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan məqalələr ?Avropa İttifaqı və Azərbaycan Respublikası arasında əməkdaşlıq? mövzusunu əhatə etməli, Azərbaycan və ya rus dilində olmalı, yazıda ?OCAZ tərəfindən keçirilən müsabiqəyə təqdim etmək üçün? qeydi göstərilməlidir. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini özləri barədə qısa məlumatla birgə xüsusi zərfdə 4 aprel 2011-ci ilədək Bakı ş. Azərbaycan pr. 35 ünvanında yerləşən ?Azərpoçt? MMC-nin 2 saylı poçt filialının 9 saylı poçt şöbəsinə təqdim etməlidirlər. Qaliblərin mükafatlandırılması mərasimi 22 aprel 2011-ci il ərəfəsində Brüsseldə keçiriləcək. (əlaqə - [email protected])

Digər xəbərlər
SON XƏBƏRLƏR