Ölümlə hədələnən baz redaktor Ramil Usubova müraciət etdi

img

15-02-2011 [05:03]


Ötən ilin noyabr ayında nəşrə başlamış ?Yeni qəzet+?in təsisçisi və baş redaktoru Kamran Məhərrəmli daxili işlər naziri cənab Ramil Usubova rəsmi müraciət edərək son günlər ona gizli nömrədən zənglər olduğunu və ölümlə hədələndiyini bildirib. Baş redaktor konkret olaraq 20 dekabr 2010-cu il tarixdə saat 16-59, 17-01, 17-03 radələrində 050-682-26-48 nömrəli mobil telefonuna gizli nömrədən təkrar-təkrar zəng olunduğu və təhqir edilərək ona hədə-qorxu gəlindiyi barədə cənab nazirə məlumat verərək günahkar şəxsin tapılmasını və cəzalandırılmasını xahiş edib. Nazirin göstərişi ilə işi araşdıran Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Sadiq Həsənov hadisədən düz 52 gün sonra özünün 9/12 N 2232 saylı məktubunda baş redaktora belə bir cavab yazıb: ? Nəzərinizə çatdırırıq ki, Sizə məxsus mobil telefona zəng edərək Sizi təhqir etmiş və ölümlə hədələmiş şəxs gələcəkdə müəyyən ediləcəyi təqdirdə, barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tədbir görüləcəkdir?. Kamran Məhərrəmli bir daha cənab Ramil Usubova müraciət edərək ona gizli nömrədən zənglərin və təhdidlərin davam etdiyini bildirərək nazirdən bu məsələyə son qoyulmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR