Sabir Rüstəmxanlı Rəcəb Tayyib Ərdoğanla lent kəsib

img

14-02-2011 [03:21]


Türkiyədə səfərdə olan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin məşhur alimi, ?Türk ədəbiyyatı tarixi?nin və ?Türk ədəbiyyatı dərgisi?nin yaradıcısı, ?Tərcüman? qəzetinin illər uzunu köşə yazarı olmuş Əhməd Kabaklının ölümünün 10 illiyinə həsr olunmuş mərasimə qatılıb. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, S.Rüstəmxanlı deyib ki, Ə.Kabaklının sağlığında yaratdığı ?Türk ədəbiyyatı vəqfi?nin dövlətin dəstəyi ilə yenidən bərpa olunan binasının açılışında o Azərbaycanı təmsil edir: ?Ə.Kabaklının xatirəsinə və vəqfin binasının açılışına həsr olunan toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, tanınmış elm və sənət adamları qatılmışdı. Tədbirdə Sərvət Kabaklı, R.T.Ərdoğan və digər tanınmış şəxslər çıxış ediblər?. Daha sonra Vəqfin binasının açılış lentini baş nazir R.T.Ərdoğan, Türkiyənin Kültür və Turizm naziri Ərtoğrul Gunay və Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı birlikdə kəsib. S.Rüstəmxanlı: ?Türk ədəbiyyatı vəqfiylə bərabər yüksək zövqlə yaradılmış ?Ədəbiyyat qiraətxanası?nın da açılışı oldu. Bu qiraətxanada Türkiyənin məşhur yazarlarının adına otaqlar var və vaxtilə Əhməd Kabaklının illər uzunu topladığı kitablar zənginləşdirilib, oxucuların ixtiyarına verildi?. Tədbirin davamı kimi Türkiyənin ən böyük mədəniyyət mərkəzlərindən olan Camal Rəşid sarayında Əhməd Kabaklıya həsr olunmuş simpozium da keçirilib. Simpoziumda Sabir Rüstəmxanlı, Türkiyənin ünlü şairi Yavuz Bülənd Bakilər, Əli Coşqun çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR