Əlməmməd Nuriyev layihə təqdim elədi

img

07-02-2011 [03:38]


Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertləri tərəfindən bir neçə layihə ictimaiyyətə təqdim edilib. MİA-nın xəbərinə görə, Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACYF) dəstəyi ilə həyata keçirilən ?Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi? layihəsi çərçivəsində hazırlanmış ?Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə? layihəsi, ?İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə? layihəsi, ?Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə?sinin yeni variantı, ?www.istehlakci.az? saytı, layihə çərçivəsində nəzərdə tutulmuş ?Pulsuz Hüquqi Yardım? xidmətinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev bildirdi ki, ACYF-nin dəstəyi ilə həyata keçirilən ?Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi? layihəsi çərçivəsində istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılması da layihədə nəzərdə tutulmuş fəaliyyətlər sırasına daxildir. Bu məqsədlə mövcud qanunvericilik və beynəlxalq təcrübə nəzərə alınmaqla Şəbəkə ekspertləri tərəfindən ?Qaztəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə? layihəsi, ?İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə? layihəsi, ?Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə?sinin yeni variantı hazırlanıb. Bu təşəbbüsün məqsədi kommunal sektorda istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı müəssisənin hüquqları və məsuliyyəti arasında tarazlıq yaradılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Ə. Nuriyev qeyd edib ki, hazırda kommunal xidmət sektorunda, konkret olaraq əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında cox ciddi problemlər, nöqsanlar, çatışmamazlıqlar müşahidə edilir. Bu problemlərin bir hissəsi bu sektorda fəaliyyəti tənzimləyən qanunvercilikdəki boşluqlardan, çatışmamazlıqlardan qaynaqlanır. Şəbəkənin istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılması məqsədilə yeni müqavilə layihələrini hazırlaması qanunverciliyin təkmilləşdirilməsi istiqamətində ilk addımdır. Bu yaxınlarda kommunal sektorda fəaliyyəti tənzimləyən qanunverciliyin umumilikdə təkmilləşdirilməsi ilə bağlı Təkliflər Paketi də ictimiyyətə və əlaqədar dövlət qurumlarına təqdim ediləcək. Şəbəkə koordinatorunun sözlərinə görə, hazırlanmış Müqavilə layihələri əlaqədar dövlət qurumlarına (?Azərenerji? ASC, ?Azəriqaz? İstehsalat Birliyi, ?Azərsu? ASC, ?Bakıelektrikşəbəkə? ASC, İqtisadi İnkişaf Nazirliyi ) göndərilib. Təqdimatdan sonra Şəbəkə adıçıkilən qurumlarla bu istiqamətdə müzakirələri davam etdirəcək. Ə. Nuriyev layihə çərçivəsində nəzərdə tutulmuş araşdırmaların aparılması üçün adları çəkilən qurumlara İnformasiya sorğuları göndərildiyini də açıqlayıb. ?Biz ümid edirik ki, bu qurumlar qanunverciliyə müvafiq olaraq nəzərdə tutulmuş müddətdə bizə cavab verəcəklər. Əks halda onlarla məhkəmədə görüşməli olacağıq?- deyə Şəbəkə koordinatoru vurğulayıb. Tədbirdə çıxış edən ACYF İdarə Heyətinin sədri Mehman Əliyev bildirib ki, son illər əhalinin təbii qaz, elektrik enerjisi, su il təchizatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülsə də bu sahədə hələ də çox ciddi problemlər qalmaqdadır. M. Əliyevin sözlərinə görə, qanunvericiliyə dəyişikliklərə baxmayaraq hələ də əhali yeni birtipli müqavilələr bağlanmayıb. yenə də nəzarətçilər qapı-qapı dolaşaraq əhalidən kommunal xidmətlər görə pul yığırlar. Bu zaman vətəndaşlara qanunsuz olaraq poçt şöbələrindən götürülmüş qəbzlər verilir. M. Əliyev qeyd edib ki, sayğacquraşdırma ilə bağlı da ciddi problemlər var. Dapa pis vəziyyət isə su sayğaclarının quraşdırılması ilə bağlıdır. 5 il əvvəl ?Azərsu? ASC ölkə üzrə sayğacaların 3 il ərzində tam quraşdırılacağı vədini versə də bu günə kimi bu vədə əməl olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR