Mübariz ibrahimova həsr olunmuz yeni kitabın təqdimatı keçiriləcək

img

02-02-2011 [01:30]


Mədəniyyət və Turizm Nazirliyi və ?Ozan? nəşriyyatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş ?Turan Mübarizi? adlı kitabın təqdimat mərasimi keçirilləcək. Tədbirdə tanınmış ziyalılar elm, mədəniyyət və ədəbiyyat xadimləri, hərbçilər, mətbuat nümayəndələri və M.İbrahimovun ailə üzvləri iştirak edəcək. Gecədə Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən çıxışlarla yanaşı, ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdiriləcək. Nəfis şəkildə çap olunan ?Turan Mübarizi? kitabında M.İbrahimovla bağlı rəsmi sənədlər, görkəmli elm və mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, bəzi vacib tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb. Tədbir fevralın 4-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA