Jurnalistlər üçün tikiləcək binanın layihəsi təsdiqlənib

img

24-01-2011 [04:26]


Jurnalistlər üçün tikiləcək binanın layihəsi artıq təsdiqlənib. Bunu ?Media forum? saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Evlərin Bakıda, Bibiheybət məscidi yaxınlığında tikilməsi planlaşdırılır. Vüqar Səfərli bildirib ki, layihə sərəncam verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: ?Uzağı həftə sonuna layihələrin eskizlərini saytımızda yerləşdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA