Əvəz Zeynallı: ?Məni hər an həbs edə bilərlər?

img

19-01-2011 [04:48]


?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ə.Zeynallının sözlərinə görə, 2007-2008-ci ildə ?Azərbaycan? Nəşriyyatının direktoru Ağabəy Əsgərovla məhkəmə çəkişməsi olub və onu məhkəmədə cərimələyiblər. Amma Ə.Zeynallı bu cəriməni ödəyə bilməyib. Ə.Zeynallı deyir ki, Przident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə məhkəmə çəkişməsi zamanı bu məsələ yenidən gündəmə gəlib: ?Bilirsiniz ki, Ramiz Mehdiyevin bizə qarşı iddiası Ali Məhkəmədə araşdırılır. Bu məsələyə fevralın 18-də baxılacaq. İndi Ramiz Mehdiyevin adı ortada olduğuna görə, mənim əvvəlki işlərimi araşdırıblar və 2008-ci ildə məhkəmə qərarı ilə olan cərimənin 1000 manatının ödənmədiyi məlum olub. Buna görə də bizə təzyiqlər edilir. Əgər iki-üç il bundan əvvəlki məsələylə bağlı belə bir addım atırlarsa, gör, bundan sonra nə olacaq?? Ə.Zeynallının sözlərinə görə, cəriməni ödəmədikləri üçün onları yenidən 500-1000 manat cərimə edə və yaxud da həbs edə bilərlər: ?Bu dəfə müsbət tərəfi o oldu ki, xəbərdarlıqla ötüşdük. Amma cərimələri ödəyə bilmədiyimizə görə, məni hər an həbs edə bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR