20 yanvar zəhidləri Dillər Universitetində anıldı

img

19-01-2011 [03:28]


Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) qanlı 20 yanvar hadisələrinin 21 illiyi münasibətilə mərasim keçirildi. Mərasim Azərbaycanın Dövlət Himni ilə başladı. Sonra 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 21 illiyini qeyd etdiyimiz 20 yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd etdi. Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü, azadlığını qorumaq üçün mübarizə apardığını bildirən prorektor mübarizənin bu gün də davam etdiyini bildirdi. O, 1990-cı ilin yanvarında baş verən qanlı hadisənin azərbaycanlıların bir millət kimi yox edilməsinə xidmət edən siyasətin tərkib hissəsi olduğunu vurğuladı. N. Yusifov qeyd etdi ki, 20 yanvar hadisələri hadisənin şahidlərinin xatirəsində yaşayır: ?O hadisələr hələ də gözümüzün önündədir. Günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan xalqının qətiyyəti, səbri azğınlaşmış sovet qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə səbəb oldu?. Bu günlərdə universitet auditoriyalarında 20 yanvar faciəsi haqqında müzakirələrin getdiyini söyləyən N. Yusifov faciənin qəhrəmanlıq səhifəsi kimi təhlil edildiyini nəzərə çatdırdı. ?Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu bizi işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olunmağa məcbur edir?. N. Yusifov fikirlərini bu sözlərlə tamamladı. Sonra qanlı 20 yanvar hadisələrini özündə əks etdirən video-slayd nümayiş etdirildi. Filologiya fakültəsinin IV kurs tələbəsi Könül Yaqubova şəhid adı gələndə ağlamaq yox, onların şəhid olmasının səbəbləri barədə düşünməyin vacibliyini bildirdi. O, həmçinin bildirdi ki, belə faciələri qeyd edərkən özümüzə vətənpərvərlik, qeyrət kimi hisslər aşılamalıyıq. ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, 20 yanvar hadisələrinin bilavasitə iştirakçısı, şəhid atası Çərkəz Qurbanlı 20 yanvar faciəsi haqqında danışmağın həm asan, həm də çətin olduğunu qeyd etdi. Hadisələrin bilavasitə iştirakçısı olsa da, qismətinə şəhidlik yazılmadığını bildirən Ç. Qurbanlı şahidi olduğu anlardan danışdı. Onun bildirdiyinə görə, sovet ordusu aviasiya istisna edilməklə, bütün qoşun növlərindən istifadə etmişdi. Şəhid olanların sayının məqsədyönlü şəkildə azaldıldığını deyən dosent ?Həlak olanların sayı dəqiq göstərilsə idi, Sovet rəhbərliyi məsuliyyətdən yayına bilməyəcəkdi? sözlərini də fikirlərinə əlavə etdi. Ç. Qurbanlı o vaxtkı hakimiyyətin yaratdığı istintaq komissiyasının bəzi üzvlərinin hadisələr zamanı küçədə olan insanların böyük əksəriyyətinə xain, satqın damğası vurduğunu və kimlərinsə fitvasına aldanaraq hərəkət etdiklərini də qeyd etdi. O, yüzlərlə gəncin vətənin azadlığı və bütövlüyü uğrunda meydanlara axışdığının və əlisilahlı hərbçilərlə mübarizə apardığının şahidi olduğunu dedi: ?ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadə kimi yüzlərlə şəxs bir amal, bir məqsəd uğrunda - Vətənin azadlığı uğrunda şəhid olublar?. Sonda natiq 20 yanvarın matəm günü yox, qəhrəmanlıq günü kimi qeyd edilməsini tövsiyə etdi: ?20 yanvar həm də şanlı günlərimizdən biridir?. Alman dili fakültəsinin dekan müavini Hənifə İmanquliyeva 1990-cı ilin yanvarın 21-də ADU əməkdaşlarının böyük bir qisminin Travmotologiya İnstitutunda 37 yaralıya qan verdiklərini xatırlatdı. O dedi ki, yaralıların sağalması üçün bütün gücümüzü səfərbər etmişdik: ?Yaralıların qulluğunda durmuşduq ki, onlar həyata qayıtsın?. H. İmanquliyeva hadisələr zamanı görüb yaşadıqlarını heç zaman unutmayacağını da bildirdi. ADU-nun sabiq əməkdaşı Zemfira Hüseynova da universitet əməkdaşlarının yaralılara köməyindən, müəllim-tələbə heyətinin o ağır günlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirərək onlara fiziki və mənəvi dəstək verdiyindən danışdı. Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev mərasimdə iştirak edənlərə öz təşəkkürünü bildirərək hamını torpaqlarımız uğrunda müharibəyə hazır olmağa səslədi. Mərasimin sonunda Üzeyir Hacıbəyovun ?Koroğlu? operasından üvertüra səsləndi.

Digər xəbərlər
SON XƏBƏRLƏR