Rəzad Məcid: ?Bu il Yazıçılar Birliyinə 20-30 nəfər qəbul edəcəyik?

img

13-01-2011 [06:02]


Azərbaycan Yazıçılar Birliyinin katibi, ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyinə qəbul qaydaları ilə bağlı Modern.az saytına məlumat verib. O, qeyd edib ki, Yazıçılar Birliyinə qəbul ildə bir dəfə keçirilir: ?Bu qaydalara isə dəyişiklik edilməyib. Əsas tələb ondan ibarətdir ki, üzv olmaq istəyənlər ziyalı olsunlar və Azərbaycan əbədiyyatını dünyada təmsil edə bilsinlər?. R.Məcid onu da deyib ki, AYB-ə üzv olmaq üçün öncə sənədlər ekspertlər tərəfindən yoxlanılır: ?Bu qrup müsbət rəy verərsə, məsələyə Yazıçılar Birliyinin Katibliyində baxılır. Təxminən birliyə üzv olmaq üçün 700-dən çox sənəd yığılıb. Bunların çox hissəsi birliyin ofisinin təmirindən əvvəl daxil olduğu üçün xeyli hissəsi elə orada qalır. Keçən il ümumiyyətlə qəbul olmayıb. Bu il isə nəzərdə tutmuşuq ki, 20-30 nəfəri birliyə qəbul edək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR